Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“”Toyota” məni arxadan vurub, çevirib tulladı” - dəhşətli qəzadan qurtulan sürücü (Video)

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Lexus" markalı avtomaşınla "Zil" markalı yük maşını toqquşub və onlar hər ikisi Bakı istiqamətində hərəkət edirlərmiş. "Lexus"un "Zil"ə arxadan dəyməsi nəticəsində sürücü idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində "Zil"in sürücüsü 33 yaşlı Elşad Heydərov, "Lexus"un sürücüsü və sərnişinləri 20 yaşlı Abdulla Mirzəyev, 37 yaşlı Cəmilə Mirzəyeva, 62 yaşlı Nailə Bayramova, 27 yaşlı Yelena Bayramova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Elşad Heydərov ("Zil"in sürücüsü) : "Qubadan gəlirdim, işdəydim. Taxıl biçimindəydik. Siyəzən istiqamətində normal sürətlə hərəkət edirdim. "Toyota" gəlib məni arxadan vurub çevirdi yoldan aşağı. Ondan sonrası yadımda deyil. Gəlib burada ayılmışam".

Minik avtomobilində yaralanan sərnişinlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.