- Köhnə - Cəmiyyət
- 8 Avqust 2017 20:18
- 3 713
Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib - Azərbaycan MN
Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Qeyd olunur ki, qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətdədir.
AzNews.az