Bu gün Bakıda 42 dərəcə isti gözlənilir. Bu gün Bakıda 42 dərəcə isti gözlənilir.

Temperatur iqlim normasından yüksəkdir - 43 dərəcə isti...

Bu gün Bakıda 42 dərəcə isti gözlənilir.

Bunu AzNews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, isti hava şəraiti bu gün də davam edəcək, temperaturun iqlim normasından yüksək olacağı gözlənilir:

“Havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir”.

Gülşad Məmmədova qeyd edib ki, Bakıda havanın temperaturunun iqlim normasından 4 dərəcə yüksək olması gözlənilir.

Bahar RÜSTƏMLİ

AzNews.az