Xarici vətəndaş xilas edildi

Batma təhlükəsi ilə üzləşən bir xarici vətəndaş xilas edilib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 14:00-da başa çatıb.​