Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

Azərbaycanda payız fəsli nə vaxt girir?

Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq.

X.Mikayılov qeyd edib ki, bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.

AzNews.az