Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir. Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir.

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir.

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;
• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;
• Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;
• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;
• İstedadlı uşaqlarla işin təşkili;
• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;
• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;
• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;
• Məktəblərarası əməkdaşlığın inkişafı.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.