Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib. Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

Qardaşının arvadını çəkiclə öldürmək istədi

Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az