1 il bundan əvvəl qızıl oğurladı - Tutuldu

Evlərdən birindən qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 25-də rayon ərazisindəki evlərdən birindən 5100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunan Akif Orucov tutulub.