Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb. Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb.

Bakıda məktəbli yarmarkaları açılır

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb.

AzNews.az Trend - ə istinadən xəbər verir ki, qurumun mətbuat katibi Əlabbas Bağırov bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.