Azərbaycanda bəylə gəlinin geyimi müzakirələrə səbəb oldu - Foto

Azərbaycanda keçirilən toy mərasimində bəylə gəlinin geyimi müzakirələrə səbəb olub.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin zabiti Səbuhi bəy və onun xanımı Fidan toylarında ənənəni pozaraq qeyri-adi geyimdən istifadə ediblər. Belə ki, bəy zabit formasında, gəlin isə “hərbi geyimin rəngi”ndə olan gəlinlikdə olub. Bu barədə Azərbaycan Atatürk Mərkəzinin İctimai-Siyasi Şöbəsinin müdiri Əkbər Qoşalı iştirak etdiyi toydan şəkli Feysbuk hesabında paylaşaraq məlumat verib.