- Köhnə - Cəmiyyət
- 19 Avqust 2017 10:50
- 46 501
662 bal toplayan tələbə himayəyə götürülüb: “Xərclərimi ödəyəcək”
Zərdabda ali məktəblərə qəbul imtahanından 662 bal toplayan tələbə himayəyə götürülüb.
Bu barədə AzNews.az-a Prezident Yanında Dövlət İdarəcilik Akademiyasının Politologiya fakültəsinin tələbəsi Aytən Şirinovanın özü məlumat verib.
Onun sözlərinə görə, təhsil aldığı müddətdə aylıq xərcini və kirayə pulunu həmyerlisi, iş adamı Vəfa Muradzadə qarşılayacaq:
“Bu günlərdə Bakıya getmişdik. Ailəmlə birlikdə Bakıda görüşdük. Məktəb illərində dəstək olacağını dedi. Hər kəsə təşəkkür edirəm”.
Aytən Şirinova bildirib ki, Vəfa Muradzadə “Vəfa Collection” sərgi-satış mərkəzinin rəhbəridir.
Bahar RÜSTƏMLİ
AzNews.az