Hadisə Yeni Gəncə qəsəbəsində baş verib. Hadisə Yeni Gəncə qəsəbəsində baş verib.

Bıçaqlanan sürücü avtomobilini dairəyə çırpdı - Gəncədə film kimi hadisə (Video)

Hadisə Yeni Gəncə qəsəbəsində baş verib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Nizami prospekti ilə şəhər istiqamətinə daxil olan sürücüsü Sərdar Məmmədov olan "Honda" markalı avtomobil adıçəkilən prospektlə 28 may küçəsində yol ayrıcındakı dairəyə çırpılıb. Qəza zamanı bıçaq yarası alan sürücü və onun baçısı Mehriban Məmmədova Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına aparılıb.

Qəzadan öncə bıçaq yarası alan Sərdar Məmmədov Məhsəti qəsəbəsində qohumu Azər Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb. Hadisə zamanı Azər Ələsgərov və qohumu Ramin Rəhimovda yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi aydınlaşdırlır.