Kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar. Kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar.

Şəkidə çaya dərman tökülüb - sakinlər narahatdır (Video)

Kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Qumux kəndi Baş Layski ərazi bələdiyyə bölgüsünə daxildir. Kənd rəsmiləri bildirir ki, hadisə haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verilib və əraziyə baxış keçirilib. Ərazinin dərman maddələrindən təmizlənməsi və zərərsizləşdirilməsi onlar tərəfindən həyata keçirilməlidir. Bələdiyyə bu zaman onlara yalnız köməklik göstərə bilər. Ərazinin bu maddələrdən təmizlənməsi bələdiyyənin səlahiyyəti xaricindədir.

Maraqlıdır ki, hər iki qurum məsuliyyəti bir birinin üzərinə atır. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov "Xəzər Xəbər"ə əraziyə baxış keçirildiyini və dərmanların yığışdırılması işinin kənd bələdiyyəsi tərəfindən həyata keçirilməli olduğunu bildirib.