Dünya çempionunu öldürən azərbaycanlı axtarışda - “Çuşka” sözünə görə... + Video

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.

APA-nın verdiyi məlumata görə, əməliyyatçılar tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb: “Federal axtarışa verilmiş şəxsin tutulması ilə bağlı genişmiqyaslı operativ-axtarış tədbirləri həyata keçirilir”.

Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu “çuşka” adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

AzNews.az