“Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.” “Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.”

Azərbaycan nümayəndə heyəti Həştərxanda - Fotolar

“Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.”

AzNews.az xəbər verir ki, bu sözləri Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Həştərxana səfər edən Azərbaycan nümayəndə heyəti şəhərin mərkəzində Ümummilli lider, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

“Azərbaycanla Həştərxan arasında əlaqələrin yüksək səviyyədə olmasında prezident İlham Əliyevin böyük xidmətləri var.”

Bu fikri Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin söyləyib. O, Azərbaycan dövləti ilə yanaşı Heydər Əliyev Fondunun da Həştərxanda həyata keçirdiyi çox mühüm sosial layihələri məmnunluqla xatırlayıb və bunun əlaqələrimizin möhkəmləndirilməsində rolunu vurğulayıb.

Prezident İlham Əliyevin Həştərxanla ölkəmiz arasında əlaqələrin daha da dərinləşməsinə xüsusi diqqətlə yanaşdığını deyən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda inşa edilən Azərbaycan İş Mərkəzinin əhəmiyyətinə toxunub, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında hər iki ölkənin regionlarının uğurlu əməkdaşlığının rolundan danışıb. A.Fərzəliyev Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın Həştərxanda həyata keçirilən bütün layihələri daim diqqət mərkəzində saxladıqlarını qeyd edib.

Həmçinin səfər çərçivəsində A.Fərzəliyevin Həştərxan və Kamızyak Mitropoliti Nikon ilə görüşü baş tutub. Görüş zamanı tərəflər iki ölkə xalqları arasında dostluq münasibətləri barədə fikir mübadiləsi aparıb, bu əlaqələrin daha da inkişafı istiqamətində hər iki tərəfdən atılan addımları yüksək qiymətləndiriblər.

Sonra Həştərxanda inşa edilən Azərbaycan İş Mərkəzində görülən işlərlə tanışlıq oldu. Bu mərkəzin təməli ötən ilin sonunda qoyulub. Şəhərdəki Bakı küçəsində tikilən bu mərkəz ölkəmizin məhsullarının daimi nümayiş meydançası olacaq. Mərkəzin bu il Həştərxan quberniyasının yaradılmasının 300 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində açılışı nəzərdə tutulub.