Ötən gün meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb. Ötən gün meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb.

Bayram Kürdəxanılının izdihamlı dəfn mərasimindən Fotolar

Ötən gün meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb.

AzNews.az Musavat.com istinadən xəbər verir ki, ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərasimdə çoxlu sayda tanınmış meyxanaçı iştirak edib.

Mərhumun xalası oğlu Süleyman Muradov B.Kürdəxanlının ölüm anından danışıb:

" Faciə gecə saat 02:00 radələrində baş verib. Bayram Nardarandan toydan gəlirdi. Yolun qırağında maşınını saxlayıb, əks istiqamətə keçən zaman arxadan gələn avtomobil onu vurub. Maşın çox sürətli gəlirmiş. Hadisədən sonra Bayramı vuran sürücü dərhal onu Sabunçu xəstəxanasına aparıb.

Daha sonra ailəsinə zəng edərək xəbər verib. Ayaqları sınmışdı, ciyərləri partlamışdı. Hadisədən 2 saat sonra keçindi. Allah rəhmət eləsin".

Qeyd edək ki, mərhum Kürdəxanı qəbristanlığında dəfn olunub.

image description image description image description