Daha bir qrup zəvvar yola düşdü

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzNews.az-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir.

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.