Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə bu tarixdə başlayacaq - 4 mindən çox vakansiya olacaq

Sentyabrın 7-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələdə namizədlərin seçimi 2 gün - sentyabrın 7-8-də həyata keçiriləcək. Sonrakı günlərdə nəticələr elan ediləcək.

AzNews.az