Şadlıq saraylarında qabların təmizliyinə riayət edilmir - Video

Bəzi şadlıq saraylarında qab-qacaqların təmizliyinə riayət edilmir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, qanunvericiliyə əsasən, şadlıq evlərində qabların yuyulması üçün xüsusi maşınların olması tələbi yoxdur. Bu iş əl ilə də görülə bilər.

Ziyədddin Kazımovun sözlərinə görə, sahibkarlıq obyektlərində yoxlama dayandırıldığından artıq 2 ildir monitorinqlər həyata keçirilmir. Bununla belə, restoranlarda gigiyenik və sanitar normaları pozan sahibkarları 400 manata qədər cərimə gözləyir.

Sorğularımız isə göstərir ki, əksər insanlar şadlıq evlərindəki təmizliyə güvənmir.

İstənilən halda restoran xidməti göstərən ictimai iaşə obyektləri işlərində diqqətli olmalıdılar. Çünki bu sahədə edilən pozuntu insan sağlamlığına ağır ziyan vura bilər.