Bu gün Milli Məclisin payız sessiyası başlayır

Bu gün Azərbaycan Milli Məclisinin (MM) payız sessiyası başlayır.

“Report”un xəbərinə görə, ilk plenar iclasın gündəliyinə 34 məsələ daxildir.

Bunlar “Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planı haqqında”, “Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” Milli Məclisin qərar layihələri, o cümlədən Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sazişlərin ratifikasıyasıdır.

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Yol hərəkəti haqqında”, “İpoteka haqqında” qanuna dəyişiklik, “Daşınmaz əmlakın dövlət reysteri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət sərhədi haqqında”, “Polis haqqında”, “Azərbaycan Mərkəzi Bankı haqqında”, “İnvestisiya fondları haqqında”, “Diplomatik xidmət haqqında”, “Əmək pensiyaları haqqında”, “Muzeylər haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd qoşunları haqqında”, “Təhsil haqqında”, “Heyvanlar aləmi haqqında”, “Müdafiə haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna, eləcə də Mülki Məcəlləyə və Əmək Məcəlləsinə dəyişiklik layihələridir.

AzNews.az