Bu gün Bakı Apellyasiya Məhkəməsində əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Vidadi Zeynalovun vəsatəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Q.Bəybalayevin apellyasiya şikayəti vermədiyi məlum olub. O, məhkəməyə ərizə göndərərk iclasının onsuz davam etdirilməsnin istəyib.

Daha sonra V.Zeynalovun vəkili Ceyhun Yusifov və digərləri vəsatətlə çıxış ediblər. Onlar məhkəmənin qismən istintaq yolu ilə keçirilməsini istəyiblər.

Məhkəmə müşavirəyə yollanıb.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

AzNews.az