Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

Mərkəzi Bank valyuta ehtiyatlarını 30% artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AzNews.az xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il oktyabr ayının 1-nə 5 mlrd. 167,5 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 34,80 mln. dollar və ya 25,04% çoxdur. Sentyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 66,30 mln. dollar və ya 1,30% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 193,10 mln. dollar və ya 30,02% olub.