Qusar rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Nağıyev və Ramin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qusar rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Nağıyev və Ramin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İki dost qızı zorladı - “Mənimlə evlənəcəyinə söz verdi”

Qusar rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Nağıyev və Ramin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ramin Nağıyev 16 avqust 2014-cü il tarixdə, saat 19-da tanışları ilə birlikdə Qusar rayon avtovağzal kompleksinin ərazisində olan kafedə yemək yeyib, spirtli içki içib.

Daha sonra Ramin kafedən çölə çıxıb. Bu zaman Bakı şəhərindən yaşadığı Xaçmaz rayonuna qayıtmaq istədiyi halda səhvən Qusar rayonuna gələn Sahibə Əliyevanın (ad və soyad şərti verilib – Red.) Qusar rayon avtovağzalında polis nəfəri Bəhram Xanbabayevə yaxınlaşıb və gecələmək üçün yer axtarmasını barədə danışıqlarını eşidib.

Təcavüz planı

Sahibənin tək və əraziyə nabələd olduğunu, habelə özünü psixi cəhətdən qeyri-adekvat apardığını, yüngül əqli geriliyini hiss edib, ona qarşı edilən hərəkətlərin mahiyyətini əvvəlcədən planlaşdırıb. Ramin yaranmış vəziyyətdən istifadə edərək onunla cinsi əlaqədə olmaq istəyib.

Bu məqsədlə Ramin avtovağzalın ərazisində Sahibəyə yaxınlaşıb, onu gecələmək üçün yer tapacağı barədə aldadaraq özünün qaldığı evə aparıb. Evdə o, qadını dostu Ramin Xəlilov ilə tanış edib.

Hədə-qorxu, zirzəmidə zorakılıq

Evdə Sahibəni sərxoş hala salıb və tam köməksiz vəziyyətə gətirmək məqsədilə ona spirtli içki qəbul etməyi təklif edib. Bu zaman Sahibə spirtli içki qəbul etməkdən imtina edib. Ramin ona spirtli içki içməyəcəyi təqdirdə onun üçün “pis olacağını” deyib, döyəcəklərilə hədələyib, zorla spirtli içki olan pivəni onun ağzına tökərək içməyə məcbur ediblər.

Zorla cinsi əlaqədə olmaq istəyi

Bundan sonra hər iki dost sahibəni başqa şəxslərin görməməsi üçün evin zirzəmisində gizlədiblər. Ramin Nağıyev onun qaçmaması üçün dostuna onun yanında gözləməsini tapşırıb.

Ramin Xəlilov həmin gün, saat 20:30 radələrində Sahibə ilə zorla cinsi əlaqədə olmağa cəhd göstərib. Amma Sahibə Ramin Xəlilova fiziki müqavimət göstərərək, ona imkan verməyib, qışqıraraq səs-küy salıb.

Ramin Xəlilov səs-küyə kənar şəxslərin gələcəyindən ehtiyat edərək Sahibəni buraxmağa məcbur olub. O, Sahibə ilə cinsi əlaqədə olmayıb və oranı tərk edib.

Yeni plan

Bundan sonra həmin gün saat 21-də Ramin Nağıyev Sahibənin saxlandığı yerə qayıdıb. O, Ramin Xəlilovla birlikdə Sahibə ilə cinsi əlaqədə olmaq barədə əvvəlcədən planlaşdırdıqları niyyətlərini həyata keçirmək məqsədilə axşam, qaranlıq düşdükdən sonra onu kənar şəxslərin, o cümlədən Ramin Nağıyevin həmin evdə yaşayan həyat yoldaşının görməyəcəyi yerə aparmaq barədə qərara gəliblər.

Hava qaraldıqdan sonra, yəni saat 22-də Ramin Nağıyev Ramin Xəlilova Sahibəni başqa yerə aparmasını tapşırıb. Buna görə də Ramin Xəlilov Sahibəni həmin yerdən çıxararaq, başqa bir mənizlə aparıb. O, Sahibəni həmin məzilə salaraq qapını arxadan bağlayıb və mənzilin açarını geri qayıdaraq Ramin Nağıyevə verib.

Yalan vəd və xəstəlik

Ramin Nağıyev saat 22.30-da sərxoş vəziyyətdə həmin mənzilə gəlib. O, çarpayının üstündə Sahibə ilə oturub söhbət edərək, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Sahibə isə buna etiraz edib.

Bundan sonra Ramin Nağıyev Sahibə ilə cinsi əlaqədə olmağa nail olmaq üçün onu aldatmaq qərarına gəlib. O, yalandan Sahibəyə guya subay olduğunu və onunla evlənəcəyini bildirib. Sahibə isə epilepsiya xəstələyindən əziyyət çəkdiyini, özündən getmələri olduğunu, bu səbəbdən də evlənmələrinin mümkünsüzlüyün deyib.

Ramin Nağıyev Sahibəyə onunla cinsi əlaqədə olacağı təqdirdə xəstəliyinin keçib gedəcəyini bildirərək onu yenidən aldatmağa çalışıb. Sahibə yenə də ona etiraz edib, onunla yalnız toyları olandan sonra cinsi əlaqədə olmağa razılıq verəcəyini deyib.

Gecə yarısı zorlama

Bu zaman Ramin Nağıyev Sahibəni aldatmaqla onunla cinsi əlaqədə olmağın mümkün olmayacağını görüb və zor tətbiq etməklə niyyətini gerçəkləşdirmək istəyib. O, Ramin Nağıyev zorla Sahibənin paltarlarını soyundurmağa başlayıb. Sahibə nə qədər ona yalvarsa da, Ramin Nağıyev öz hərəkətlərini dayandırmayıb.

Sahibə Ramin Nağıyevə qışqıracağını deyib. Amma Ramin Nağıyev bir əli ilə onun ağzını tutaraq, qışqıracağı təqdirdə ona “pis olacağını” bildirib, döyəcəyi ilə hədələyib. O, Sahibə ilə zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra saat 24 radələrində Ramin Xəlilov sərxoş halda həmin mənzilə gəlib. O da Sahibə ilə cinsi əlaqədə olmaqla onu zorlayıb.

Bundan sonra Ramin Xəlilov mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq gedib. Sahibə mənzili tərk etmək istəsə də, giriş qapısı bağlı olduğu üçün mənzildən çıxa bilməyib.

Sahibə epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən Ramin Nağıyevin və Ramin Xəlilovun ona qarşı törətdikləri hərəkətlərdən əsəbiləşərək “qıcolma tutması” vəziyyətinə düşüb, bir müddət otaqda hərəkətsiz qalıb. O, ayıldıqdan sonra yenidən mənzili tərk etməyə çalışsa da, bunu bacarmayıb.

Bağlı qapılar arxasından qadın necə xilas oldu?

Avqustun 17-də, saat 04-də Sahibə mənzilin giriş qapısının bağlı olması səbəbindən oranı tərk edə bilmədiyini görərək, Ramin Nağıyev və Ramin Xəlilov tərəfindən zorlandığı otağın balkonuna açılan qapısından çıxmaqla mənzili tərk etməyə çalışıb. Lakin həmin qapının da bağlı olması səbəbindən mənzilin pəncərəsindən balkona çıxıb və orada səs-küy salmaqla, kənar şəxslərin köməkliyi ilə oranı tərk edə bilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan olunub.

“Evdən qaçdığını dedi”

Məhkəmədə ifadə verən Ramin Nağıyev ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, avqustun 16-da, saat 18 radələrində Qusar rayon, avtovağzalı nəzdindəki “Qaya Bulaq” kafesində tanışları Oktay, Şakir və İsmayıl adlı şəxslərlə yemək yeyib, spirtli içki qəbul edib: “Sonra avtovağzalın girəcəyində Oktyla dayanaraq söhbət edərkən bizdən bir-neçə metr məsafədə olan polis əməkdaşı Bəhram Xanbabayevə bir nəfər qızın yaxınlaşaraq jestlə danışması diqqətimi cəlb etdi. İşarə ilə qızı yanıma çağırdım. Qız mənə evdən qaçdığını, Qusar rayonuna təsadüfən gəldiyini, burada heç kimi tanımadığını, gecə qalmağa yerinin olmadığını dedi.

“Zərərçəkmişlə cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qıza köməklik edə biləcəyini və qalmağa yer verəcəyini bildirib: “Yolda Ramin Xəlilova öz mobil telefonumla zəng edərək, bir nəfər qızla gəldiyimi, məni qarşılamasını dedim. “Atlant” mağazasının yanında qızı Ramin Xəlilova təhvil verdim, özüm isə başqa yerə getdim. 10-15 dəqiqə sonra Ramin Xəlilov zəng edərək qızın dəli olduğunu bildirdi. Bir müddət sonra yenə qızın olduğu yerə qayıtdım. Orada masanın üstündə kolbasa, çörək pivə olub. Həmin vaxt və sonra zərərçəkmişlə cinsi əlaqədə olmamışam”.

Ramin Xəlilov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Ramin Nağıyevin ifadəsinə uyğun danışıb.

Amma zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə tamam fərqli danışıb. O, hadisənin təfərrüatını olduğu kimi dilə gətirib və hər iki təqsirləndirilən şəxs tərəfindən zorlandığını deyib.

“Qalmağa yer tapacağını dedi”

Sahibənin sözlərinə görə, uşaq yaşlarında olarkən hər iki valideyni vəfat etdiyindən bibisi Sədiqənin himayəsində yaşayıb: “Epilepsiya xəstəliyndən əziyyət çəkdiyim üçün uzun müddət müalicə olunsam da, yenə də tez-tez qıcolma və özümdən getmə halları olduğundan bibim məni arabir Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasına aparırdı. Xəstəliyimlə əlaqədar evdəkiləri narahat etdiyim üçün bibim məni xəstəxanaya yerləşdirəcəyini demişdi. Buna görə də avqustun 16-da səhər tezdən evdən gizlincə çıxaraq Bakı şəhərinə gəldim. Həmin gün avtovağzaldan Quba yazılan avtobusa minərək geri qayıtdım. Avtobusda yatdığımdan ayılarkən artıq Qusar rayon avtovağzalında olduğumu gördüm. Avtobusdan düşərək avtovağzalda bir nəfər polis əməkdaşına yaxınlaşdım. Ona Qusar rayonuna səhvən gəldiyimi, burada heç kimi tanımadığımı, qalmağa yerimin olmadığını bildirdim. Bu vaxt qalmağa yer axtardığımı öyrənən bir şəxs mənə yaxınlaşdı. O, mənim üçün qalmağa yer tapacağını dedi”.

“Zirzəmidə məni zorlamaq istədi”

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, həmin şəxsin Ramin olduğunu bilib. O, ifadəsində Raminin onu evlərinə aparmasından, sonra da evin qapısını üzünə bağlamasından, təcavüzə məruz qoymasından danışıb. O, qeyd edib ki, Ramin Nağıyevin yanına sonradan Ramin Xəlilov gəlib: “Ramin Nağıyev Ramin Xəlilovu pivə və yemək almağa göndərdi. Ramin Xəlilov pivə və kolbasa alaraq geri qayıtdı. Biz bir yerdə yemək yedik. Bu zaman Ramin Nağıyev və Ramin Xəlilov zorla mənə pivə içirtdi. Sonra Ramin Nağıyev oradan çıxdı, o, Ramin Xəlilova tapşırdı ki, məni zirzəmidə gizlətsin, heç kim görməsin. Ramin Xəlilov məni zirzəmiyə apardı, orada zorlamaq istədi. Onu itələyərək müqavimət göstərdim, qışqırdığımdan məni buraxdı. Sonra Ramin Nağıyev ora gəldi, məni sakit gözləməyimi tapşırdı”.

“Cinsi əlaqədə olandan sonra xəstəliyimin keçəcəyini dedi”

Sahibə qeyd edib ki, axşam saatlarında onu başqa evə aparıblar: “Ramin Nağıyevə qorxduğumu dedim. O isə, məni arxayın salaraq Allahdan qorxduğunu, mənə heç nə etməyəcəyini, bir evdə bacı-qardaş kimi yatacağımızı dedi. Söhbət zamanı Ramin Nağıyev və Ramin Xəlilova evdən qaçdığımı, xəstə olduğumu, hərdən özümdən getdiyimi, ruhi-əsəb dispanserində müalicə olunduğumu və bibimin məni yenə xəstəxanaya aparmaq istədiyi üçün evdən qaçdığımı danışdım. Qaranlıq düşdükdən sonra Ramin Nağıyev Ramin Xəlilova məni heç kimin görməyəcəyi şəraitdə beşmərtəbəli binaya aparmağı, bayırdan görsənməməsi üçün evin işığını yandırmamağı tapşıraraq, özü də bir qədər sonra gələcəyini dedi. Ramin Xəlilov məni apararaq beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə saldı, mənzilin işığını yandırmadı, sonra isə mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq getdi. Evdə bir müddət tək qaldıqdan sonra Ramin Nağıyev gəldi. O, otağın pərdəsini çəkdi, sonra otaqda olan çarpayının üstündə oturaraq mənə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən də ona etiraz etdim. Sonra Ramin Nağıyev subay olduğunu söylədi, mənimlə evlənəcəyinə söz verdi. Mənsə xəstə olduğumu bildirdim. Ramin Nağıyev mənlə cinsi əlaqədə olandan sonra xəstəliyimin keçib gedəcəyini dedi”.

“Zorla mənimlə cinsi əlaqədə oldu”

Zərərçəkmiş qeyd edib ki, Ramin Nağıyev nə qədər onunla cinsi əlaqədə olmağa çalışsa da, o, bu hərəkətlərin ancaq toydan sonra ola biləcəyini deyib: “Bundan sonra Ramin Nağıyev məni zorla soyundurmağa başladı. Nə qədər yalvarsam da, məni buraxmasını xahiş etsəm də, qulaq asmadı. Ramin Nağıyev otaqdakı iki çarpayının arasında olan xalçanın üstünə ağ parça sərdi və məni onun üstünə yıxaraq zorla soyundurdu. Qışqıraraq səs-küy salacağımı dedim. Ramin Nağıyev bir əli ilə ağzımı tutdu və qışqıracağım təqdirdə mənim üçün pis olacağını söylədi. Özü də soyunaraq mənimlə cinsi əlaqədə oldu”.

“Nəfəs ala bilmədim”

Sahibənin sözlərinə görə, Ramin Nağıyev onunla cinsi əlaqədə olandan sonra paltarını geyinib və qapını onun üzünə bağlayaraq gedib: “Bundan sonra paltarlarımı geyinərək mənzildən çıxmaq istədim. Lakin qapı bağlı olduğundan oradan çıxa bilmədim. Daha sonra Ramin Xəlilov gələrək mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Ona da etiraz etdim. Ramin Xəlilova Ramin Nağıyevin mənimlə zorla cinsi əlaqədə olduğunu və mənimlə evlənəcəyinə söz verdiyini dedim. Ramin Xəlilov isə Ramin Nağıyevin evli olduğunu, məni aldatdığını deyərək mənimlə özünün evlənəcəyini bildirdi. Ramin Xəlilov mənimlə zorla cinsi əlaqədə olmaq istədi. O, məni çarpayının üstünə yıxdı. Bu zaman qışqıraraq köməy çağırmağa başladım. Ramin Xəlilov əlilə ağzımı tutdu və məni boğdu, nəfəs ala bilmədim. Sonra Ramin Xəlilov əlini ağzımdan çəkdi, zorla nəfəs aldım. Ramin Xəlilov qışqıracağım halda mənim üçün pis olacağını deyrək, paltarımı soyundurdu, zorla mənimlə cinsi əlaqədə oldu (zərərçəkmiş ifadəsinin bu hissəsində Ramin Xəlilovun onun başına açdığı oyunu çırpaqlığı ilə danışıb. Bu səbəbdən zərərçəkmişin həmin hissədə olan ifadəsini ixtisarla veririk - Red.). Ramin Xəlilovu itələmişəm və mənimlə cinsi əlaqədə olmasına imkan verməməyə çalışmışam, ancaq ona gücüm çatmayıb. Ramin Xəlilov zorla mənimlə cinsi əlaqədə olub”.

“Balkondan yerə tullanmaq istədim”

Zərərçəkmişin ifadəsinə görə, cinsi əlaqədə olandan sonra Ramin Xəlilov paltarlarını geyinib və mənzilin qapısını bağlayaraq gedib: “Mən də paltarlarımı geyindim, mənzilin qapısını açaraq bayıra çıxmaq istədim. Ancaq qapı bağlı olduğundan aça bilmədim. Sonra məni sudurqa tutdu və yerə yıxıldım. Ayıldıqda otaqda tək olduğum və qaranlıq düşdüyünü gördüm. Pəncərədən balkon olduğunu gördüm, balkona çıxmaq istədim. Ancaq balkonun da qapısı bağlı olduğu üçün ora çıxa bilmədim. Buna görə də qapının yanında olan pəncərədən balkona çıxaraq yerə tullanmaq istədim. Aşağıda bir neçə nəfərin olduğunu gördüm, onlardan kömək istədim. Onlar mənə kömək edərək, yerə düşürdülər. Binanın qarşısında olan skamyada oturaraq başıma gələn hadisələri danışdım, Ramin Nağıyev və Ramin Xəlilov tərəfindən təcavüzə məruz qaldığımı bildirdim. Bu zaman ora Ramin Xəlilov gəldi. Ramin Xəlilovu onlara göstərərək, məni zorlayanın birinin həmin şəxs olduğunu dedim. Daha sonra Ramin Nağıyev gəldi. O, mənə yaxınlaşaraq, onunla gəlməyimi istədi. Qışqıraraq Ramin Nağıyevlə getmək istəmədiyimi dedim. Sonra Ramin Nağıyev maşın çağıraraq məni yola saldı. Həmin avtomaşın məni Qusar avtovağzalının yaxınlığına gətirdi”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, oradan evlərinə gəlib və baş verənləri bibisinə danışıb. Bibisi hüquq-mühahizə orqanlarına şikayət edəndən sonra hər iki təqsirləndirilən şəxs həbs olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən hökmdən apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onların şikayətini əsassız hesab edib və təmin edilməməsi barədə qərar verib.

Bu qərardan narazı qalan təqsirləndirilən Ramin Nağıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim İnqilab Nəsirovun sədrliyilə baş tutan prosesdə araşdırılıb. Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Ramin Nağıyevin kasasiya şikayəti təmin edilməyib və ona aid hissədə olan hökm qüvvədə saxlanılıb.