"Hələ mən səbr göstərib, danışmıram, vaxtı çatanda danışacağam" "Hələ mən səbr göstərib, danışmıram, vaxtı çatanda danışacağam"

Almurad ağa Aqil Səmədbəyliyə xəbərdarlıq etdi

"Hələ mən səbr göstərib, danışmıram, vaxtı çatanda danışacağam"



Sabiq preizdent Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin "Facebook" səhifəsindəki bəyanata qarşı tərəfdən dərhal cavab gəlib. İttiham oulnan tərəf Elçibəyin qardaşı oğlu Hürrünün atası Almurad Əliyev Publika.Az vasitəsi ilə Aqil Səmədbəylinin cavabını verib.

"Hələ mən səbr göstərib, danışmıram. Vaxtı çatanda danışacağam, özü də faktlarla. Elçibəyin adından istifadə edən biz yox, onlar özləridir. Ötürüb Türkiyədə kef edirlər. Elçibəyin qardaşı mənəm, onun vəqfi də məndədir, qolu da üstündə. İxtiyar sahibi mənəm"-deyə Almurad Ağa bildirdi.

Qeyd edək ki, Aqil Səmədbəylinin "Facebook" səhifəsindəki bəyanatında belə deyilir: "Çox təəssüflə bildiririk ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlayıb və indi də davam edir.

Ən son Hürrü Əliyev belə bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqəddəs ruhunu incidib. Elçibəyin adı ilə bağlı olan hər kəs - istər ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də onun ideyasının daşıyıcıları hər şeydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidir. Onsuz da xarici və daxildəki uzantı düşmənlər milli dəyərlərimizə zaman-zaman hücum təşkil etməklə, milləti söykənəcəkləri dayaqlardan məhrum etmək istəyirlər. Elçibəyin adından şəxsi və cılız nəfslərini təmin etmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır, bu cür davranışların heç bir əxlaqa, ləyaqətə sığmadığını bildiririk. Eyni qaydada, Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etmənin də ləyaqətsiz davranış olduğu qənaətindəyik".

AzNews.az