Emin Musəvinin restoranı Gülər Əhmədovaya görə əlindən alındı Emin Musəvinin restoranı Gülər Əhmədovaya görə əlindən alındı

“Video qalmaqalı” məşhur teleaparıcının yolunu bağladı

Emin Musəvinin restoranı Gülər Əhmədovaya görə əlindən alındı



Sabiq millət vəkili Gülər Əhmədovayla bağlı daha bir maraqlı fakt əldə etmişik. Həmin informasiyada qeyd olunur ki, məşhur "Elbaro" restoranı da sabiq millət vəkilinin nəzarətində imiş və onun həbsindən sonra adıçəkilən obyektə də əl qoyulub.
Bununla bağlı AzNews.az.a sızan məlumatda bildirilir ki, sözügedən restoran əvvəllər birbaşa G.Əhmədovaya məxsus olsa da, millət vəkili sonradan buranı məşhur teleaparıcı Emin Musəviyə hədiyyə edib.
Qeyd edək ki, G.Əhmədovanın mülklərinin siyahısı araşdırılarkən "Elbaro" restoranı xüsusi diqqət çəkib. Hazırda isə sözügedən restoranın sahibi kimi tanınan Emin Musəvi elə bu məsələ ilə bağlı sorğu-suala tutulur.

Amma aparıcı Emin Musəvi AzNews.az-a açıqlamasında bildirdi ki, "Elbaro" onun deyil, dostlarınındı: "O restoran mənim deyil, dostlarımındı".
"Bəs, bu restoran niyə sizin adınızla bağlanır" sualına gəldikdə isə aparıcı cavab əvəzinə dəstəyi qapatdı.


Məlumat üçün bildirək ki, Emin Musəvi ilə sabiq millət vəkilinin münasibətləri hər zaman yaxşı olub və aparıcının ATV-də möhkəmlənməsində də Gülər Əhmədovanın böyük əməyi olub. Bunu təsdiqləyən daha bir fakt isə Gülər Əhmədovanın həbsindən sonra aparıcıya da "qırmızı işığın" yandırılmasıdır. Belə ki, ATV-dəki işindən ayrılan Emin Musəvinin Diaspora Komitəsinə mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilməsi planları G.Əhmədovanın həbsindən sonra baş tutmayıb.

Bahar Rüstəmli
AzNews.az