Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, hareyə gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib. Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, hareyə gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib.

“Ayə, hareyə gedirsən"lə məşhurlaşan gənc: “Bu çox böyük bir fəlsəfədir”

Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, hareyə gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib.

AzNews.az xəbər verir ki, bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy Publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib: “Bu mahnının belə ləhcədə səslənməsi ona görədir ki, əslində, şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yalnış düşünürlər. Mahnıda şəhərlilərin yuxarıdan aşağı baxdığı ərazilərdə iki dost söhbət edir və biri o birindən soruşur ki, hara gedirsən? Onlar əslində dərin bir söhbət edirlər. Bu isə özlərini daha “cool” sayan insanlar arasında başa düşülmür. Niyyətim insanların ləhcəsinə lağ edənləri qınamaq olub. Erman Hessenin “Siddhartha” deyə bir əsəri var. Orada Siddhartha çöllərdə yaşayır və özünü axtarmaqla məşğul olur. Bu çox böyük bir fəlsəfədir. Mahnıdakı ləhcə ilə söhbət edən dostlardan birində də bu baş verir. O, fəlsəfə ilə məşğul olan gənc başqaları tərəfindən lağ hədəfinə çevrilir. Onu başa düşmür və ona gülürlər”.

Vüsal Rzasoy bu addımı hansı səbəblə atdığı barədə isə məlumat vermək istəməyib: “Niyə bu addımı atdım, bu barədə heç bir açıqlama verməyəcəm”.

Qeyd edək ki, Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır.