İsa Qəmbər onlara heykəl qoyacaq

Müsavat Partiyasının başqanı İsa Qəmbər “facebook” profilində maraqlı fotokollaj paylaşıb.




Lent.az-ın məlumatına görə, kommunist ideologiyasını tərənnüm edən fəhlə oğlanla kolxozçu qızın oraq-çəkicli heykəlinə maraqlı dəyişiklik edərək, şərh də yazıb. İ.Qəmbər şərhdə bildirib ki, hakimiyyətə gələn kimi siyasi məzmunlu heykəllərin əvəzinə yaradıcı adamların heykəlini ucaldacaq: "Məsələn, bu fotodakı kimi:)"

Qeyd edək ki, fotokollajda oğlanla qızın başları tanınmış yazar Günel Mövludla Seymur Baycanın başı ilə dəyişdirilib.

AzNews.az