"Azərbaycanda işləyən xarici idmançıların 90%-i Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatdan keçib" "Azərbaycanda işləyən xarici idmançıların 90%-i Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatdan keçib"

Səlim Müslümovdan Azərbaycandakı xarici idmançılarla bağlı açıqlama

"Azərbaycanda işləyən xarici idmançıların 90%-i Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatdan keçib"

"APA-Economics"in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bir qədər əvvəl xarici idmançıların Fondda qeydiyyata alınması ilə bağlı vəziyyət araşdırılıb: "Biz bununla bağlı bütün futbol klublarına və digər idman federasiyalarına da məktublar göndərdik".

Araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən xarici idmançıların 90%-i və onların əmək haqları qeydiyyata alınıb: "Təbii ki, bu əmək haqlarının reallığa nə qədər uyğun olub-olmadığını deyə bilmərik. Amma onların bizdə hesabları açılıb və bu hesablara kifayət qədər normal vəsaitin daxil olduğunu görürük".

AzNews.az