20 ən yaxşı əsərin adı açıqlanacaq

Milli Kitab Mükafatından xəbər var. Sabah sözügedən müsabiqənin Ekspert Şurası 20 ən yaxşı əsərin adını açıqlayacaq.

Qeyd edək ki, bu günə kimi müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i uşaq nağılıdır. Mərasim Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az