"Yeni Bakı" sakinləri məsuliyyətə cəlb olunur

Yeni Bakı" yaşayış kompleksinin sakinlərinə qarşı cinayət işi açılıb.

AzNews.az Sputnik-ə istinadən xəbər verir ki, Abşeron rayonundakı "Yeni Bakı" yaşayış kompleksinin sakinləri ilə "İlin dörd fəsli" MMC arasında olan çəkişmə sakinlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnib.

Belə ki, Abşeron Rayon Məhkəməsi Səmədov Səməd Mirəli oğlunu, Əliyev Əmiralı Qadir oğlunu və Vəliyev Azad Şamil oğlunu cinayət məsuliyyətinə cəlb edib, onların haqqında Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 221.3 maddələri ilə cinayət işi açılıb.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, sakinlərin cinayət əməli sübut edilərsə, onlar 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.