AFFA-nın İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra qurumun prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib. AFFA-nın İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra qurumun prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib.

“Bunun axırına çıxmaq lazımdır”

AFFA-nın İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra qurumun prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandalarına təyinatlar rəsmiləşib: “Bu barədə detalları danışmıram, Qurban Qurbanov danışar. Çünki seçim onun tərəfindən edilib”.

R.Abdullayev oyun alqı-satqısına gəlincə bildirib ki, bu istiqamətdə son zamanlar araşdırma aparılıb:

“UEFA bu məsələyə ciddi yanaşır. Hətta Azərbaycan birinci divizionunu yoxlayır. Futbolla məşğul olan adam mərc oyunlarında iştirak etməməlidir. Bu qanunla da qadağan olunub, çünki artıq cinayət məsuliyyətidir. “Keşlə”nin 2 oyunçusu və “Neftçi”nin məşqçisi tutulub və prokurorluğa verilib.

"Kəpəz" AFFA tərəfindən maliyyələşir. Bizim orda nümayəndələrimiz var idi. Təəssüf ki, onlar maliyyə pozuntusu etməyə cəhd etmişdilər. Alınmadı və onlar qovuldu. Bəziləri deyə bilər ki, manipulyasiyaya görə qəti tədbirlər görüldü. Onlar ömürlük uzaqlaşdırıldı. Bu hər zaman belə olacaq. Bilirsiz, Serbiyada, Xorvatiyada güclü klublar mərc oyunlarında iştirak etdilər, haram qatdılar deyə zəiflədilər. Futbolumuza haram qatmamalıyıq".

"İctimaiyyətdə fikir yaranıb ki, AFFA futbolda monopoliya yaradıb kənar sponsorları yaxın buraxmır" sualına federasiya rəhbəri belə cavab verib: "Kim var gətirin danışaq. Mənim xoşum gəlir əlavə maliyyə xərcləməkdən? Lisenziya məsələsinə gəlincə, UEFA-nın şərtləri var.

Premyer Liqada komandaların sayını, hətta keçən il artırmaq istəyirdik, amma alınmadı. Çünki sponsor problemi var. Sponsorların çoxu futboldan qaçdı. Bizim hər bölgədə komanda yaratmaq imkanınız yoxdur. Maliyyə problemi yaranıb".

"Futbolumuza haram qatmamalıyıq dediniz. Amma çempionatın sponsoru Topazdır..." sualına isə R.Abdullayev belə cavab verib: "Topazı biz yaratdıq ki, xaricə gedən pullar elə bizdə qalsın. Onların çempionata heç bir dəxli yoxdur və oyunlara yatırım etmir. Belə ola da bilməz".

- Region Liqasından birinci diviziona komanda çıxacaq?

- Bəli, bir komanda birinci diviziona çıxacaq. Biri isə diviziondan Premyer Liqaya çıxacaq. Bizim üçün kimin çıxmasının fərqi yoxdur.

- Uşaq futbolunun inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Amma bu gün "Dalğa Arena"da şərait yoxdur...

- Bizdə "Dalğa Arena"da yeganə problem havanın küləkli olmasıdır. Amma havanın temperaturu 4 dərəcədən aşağı deyilsə, burada heç bir problem görmürəm.

- Adətən ortada cinayət olanda səbəbləri də açıqlanır. Amma Nizami ilə Mirhüseyn futboldan kənarlaşdırılsa da, ortada konkret fakt yoxdur...

- Özləri də boyunlarına alırlar. Araşdırma başlayandan hüquq-mühafizə orqanları da bizə kömək edir. Böyük bir sistem var. Bunun axırına çıxmaq lazımdır. Hüquq da deyir ki, araşdırma davam edir, açıqlama verilməsin. Bizim də öz komissiyamız var. Məxfi saxlamalıyıq. Futbolçu özü deyir ki, bilərəkdən zəif oynamışam. Bu artıq özlüyündə oyun qaydalarını pozmaqdır.

- Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdur...

- Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya xarakterli olacaq. Banişevski üçün böyük işlər görmüşük. Amma adının stadiona verilməsi gündəmdə deyil. Çünki elə etməliyik ki, stadionun adı da gəlir gətirsin. Yoxsa batıb gedərik.