2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, eləcə də aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda sosioloji tədqiqat aparılıb. 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, eləcə də aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda sosioloji tədqiqat aparılıb.

Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - Video

2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, eləcə də aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda sosioloji tədqiqat aparılıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, ölkə əhalisinin 80 faizindən çoxu prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin 92,8 faizi ölkədəki ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib.

Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir, ölkə əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir."ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi sosioloji sorğunun nəticələri belə deməyə əsas verir.

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bildirib ki, sorğu zamanı vətəndaşlara prezident seçkiləri ilə bağlı da sual verilib. Sorğuda iştirak edənlərin 85 faizdən çoxu seçkilərdə İlham Əliyevi dəstəklədiklərini, səslərini ona verəcəklərini bildirib.

Sorğuda iştirak edənlərə həyata keçirilən iqtisadi islahatlar, eləcə də beynəlxalq siyasətlə bağlı suallar verilib. Respondentlər Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini qeyd ediblər.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu yəni 84,7%-i bu siyasəti dəstəklədiklərini, 5,5%-i isə dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 9,8%-i cavab verməkdə çətinlik çəkib.

Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlərin 67,4 faizi ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbələri və "Böyük Qayıdışın"in rəmzinə çevrilən Cocuq Mərcanlini qeyd ediblər. Rəyi soruşulan respondentlərin 62,9 faizi Mehriban Əliyevanin Birinci vitse-prezident seçilməsini, 59,3 faizi Baki-Tbilisi-Qars dəmir yolunun açılışını , "ASAN Xidmət" mərkəzlərinin uğurlu fəaliyyətini, "Qarabağ" futbol klubunun beynəlxalq arenada tanınmasını önəmli hadisə kimi qiymətləndiriblər.

68 rayonda 4560 respondent arasında aparılan sorğuda iştirak edənlərin 90 faizindən çoxu hazırkı ictimai-siyasi durumu sabit kimi dəyərləndiriblər.

Beləliklə, sorğunun nəticələrinə əsasən bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazir oldugunu bildirir və Prezidentin fəaliyyətinə böyük ümid bəsləyir.