Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib. Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib.

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı tacik dilində

Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib.

AzNews.az istinadən xəbər verir ki, kitabı tacik dilinə Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət himninin müəllifi, Xalq Şairi Qolnazar Keldi tərcümə edib.

Nəfis şəkildə tərtib olunmuş kitabda postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı, sadə və aydın dildə söhbət açılır, onun uğur fenomeni təhlil edilir.

Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevi və Azərbaycan Prezidenti İlham Əliyevi yaxından tanıyan insanlardan aldığı müsahibələrdən geniş istifadə edib. Kitabda toplanan sənədlərin və faktların dili ilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında oxuculara ətraflı məlumat verilir, onun tanınmış siyasətçi obrazı yaradılır.

Qeyd edək ki, Qulnozar Keldinin tərcüməsində Elmira Axundovanın Ulu Öndər haqqında yazdığı 7 cilddən ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” və Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları Tacikistan oxucularına çatdırılıb və populyarlıq qazanıb.