Azərbaycan Səhiyyə Nazirliyinin saxta internet səhifəsi yaradılıb. Saxta səhifəyə daxil olanlara 50% endirimlə arıqlamaq üçün dərman təklif olunur. Azərbaycan Səhiyyə Nazirliyinin saxta internet səhifəsi yaradılıb. Saxta səhifəyə daxil olanlara 50% endirimlə arıqlamaq üçün dərman təklif olunur.

Səhiyyə Nazirliyi adına saxta internet saytı yaradaraq... Dərman reklam edirlər

Azərbaycan Səhiyyə Nazirliyinin saxta internet səhifəsi yaradılıb. Saxta səhifəyə daxil olanlara 50% endirimlə arıqlamaq üçün dərman təklif olunur.

AzNews.az-ın məlumatına görə, veb-saytda göstərilən məlumatlara əsasən, çəki problemi ilə bağlı Bakıdan çox sayda şikayətlər alınır. Buna görə də insanlara mürəkkəb adı olan şübhəli tibbi dərmanlar güzəştli şərtlərlə təklif olunur. Bildirilir ki, guya bu dərmanlar dərhal yaxşı nəticə verir.

Saytda Kərim İsmayılov adlı şəxs özünü "səhiyyə naziri" kimi təqdim edir.

Bildirilir ki, guya 2015-ci ilin mart ayı və 2017-ci ilin fevral ayı ərzində artıq çəkili olan azərbaycanlıların sayı 82% artmışdır. Bu da ürək-damar xəstəlikləri, varikoz-damar genişlənmələri, sonsuzluq, diabet, onkoloji kimi xəstəliklərə yol açır.

Buna görə də, görünür, Azərbaycan sakinləri, çəki itirmək ümidilə saytdakı reklama aldanırlar.

Saxta İnternet səhifəsinin müəllifləri sehirli təbabətin tamamilə təhlükəsiz olduğunu və hətta keyfiyyət standartlarına uyğun bir sənədə malik olmasını qeyd edirlər. Saytda, saxta nazir istifadəçilərə tövsiyələr verir və hətta qonaqların suallarını da cavablandırır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildiriblər ki, hökumət idarəsi heç bir halda, dərmanların reklamında, xüsusən də təsdiqlənməmiş şəkildə məşğul olmur.