Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb. Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb.

Şəmkirdə sürücü sükan arxasında ölüb

Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb.

İlkin məlumata görə, cəsədin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.