Bu gün səhər saatlarında qatarların hərəkətində uzunmüddətli fasilələr yaranıb Bu gün səhər saatlarında qatarların hərəkətində uzunmüddətli fasilələr yaranıb

Metroda həyəcanlı anlar: bir neçə nəfərin ölüm xəbəri yayıldı

Bu gün səhər saatlarında qatarların hərəkətində uzunmüddətli fasilələr yaranıb




Bu gün səhər saatlarında, təxminən 08:20-08:35 radələrində
Bakı Metropoliteninin "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyaları arasında qatar təxminən 10 dəqiqə tuneldə qalıb. Gecikmələrə ölüm faktının səbəb olduğu bildirilir.

Ə qatarın maşinisti problemin "platformada başqa qatarın olması" ilə izah edib. Daha sonra qatar yenə 2-3 dəqiqə dayanıb.

Bu zaman vaqonlardakı sərnişinlərin arasında bir neçə nəfərin halı pisləşib.
Bakı Metropoliteninin "Dərnəgül-İçərişəhər" xəttində problemlər olub.
Hadisəyə 8-9 radələrində baş verən ölüm hadisəsinin səbəb olduğu bildirilirdi. Havalandırma sistemi olmadığından və məlumatsızlıqdan yaranan təşviş sərnişinlərin özlərini pis etməsinə səbəb olub.

Metropolitenin baş mühəndisi Fuad Tağızadə ölüm faktını təkzib edib. AzNews.az-a açıqlama verən baş mühəndis səhər saat 8.25-də 1-ci vaqonda nasazlıq səbəbindən qatar hərərkət etməyib: "Hava klapanında problem olub. Qatar depoya düşüb və nasazlıq hazırda aradan qaldırılır. Hərərkət artıq normaya düşüb".
F.Tağızadə 25 dəqiqə içərisində problemin aradan qaldırıldığını vurğulayıb.

Ruhiyyə