“İbrahimbəyovun heç bir siyahısı yoxdur”

Zəfər Quliyev yayılan informasiyanı təkzib etdi

Məlum olduğu kimi, Rüstəm İbrahimbəyovun Milli Şura üzvlüyünə təklif etdiyi namizədlərin siyahısı yayılıb. İddia olunur ki, bu siyahı haqda informasiya məhz cənab İbrahimbəyovun yaxın ətrafından sızdırılıb.

Mövzunun aktuallığını nəzərə alaraq sözügedən siyahı ilə bağlı "El" hərəkatının üzvü Zəfər Quliyevlə əlaqə saxladıq. Z.Quliyev isə AzNews.az-a açıqlamasında belə bir siyahının olmadığını bildirdi:

"Milli Sura ideyasının özü aktualdır, amma hər hansı siyahı ilə bağlı məlumatsızam. Maraqlıdır ki, indiyə qədər ayrı-ayrı siyasi təşkilatların kölgə kabinetində yer alacaq şəxlərin siyahısı dəbdə idi. İndi də eyni düşüncəylə Milli Surada təmsil olunacaq şəxslərin siyahısını dərc edirlər. Mənə elə gəlir ki, belə bir siyahı ümumiyyətlə yoxdur".

Bahar Rüstəmli
AzNews.az