- Köhnə - Cəmiyyət
- 2 Aprel 2013 14:12
- 2 394
Bakı bulvarı belə olacaq
Bir neçə aydır ki, Bakı bulvarının – Dənizkənarı Milli Parkın ərazisinin genişləndirilməsi istiqamətində növbəti mərhələyə başlanılıb
Lent.az-ın məlumatına görə, hazırda parkın ərazisinin Dövlət Bayrağı Meydanından 20-ci Sahə kimi tanınan əraziyə kimi artırılması istiqamətində iş aparılır. Ərazidəki yaşayış evləri sökülüb, bir sıra müəssisələr başqa yerə köçürülüb və köçürülür.
Yaxın gələcəkdə Dənizkənarı Milli Parkın ərazisi daha da artaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Park ərazisində bir sıra mədəniyyət, idman mərkəzlərinin, istirahət-əyləncə komplekslərinin tikintisi də planlaşdırılır.
Qeyd edək ki, 2012-ci ildə Bakı bulvarı ərazisinin Əl oyunları Sarayından Dövlət Bayrağı Meydanınadək hissəsinin açılışı olub. Bir neçə il sonra parkın Nobel prospekti istiqamətində dəniz sahili boyunca uzadılması da nəzərdə tutulub.
AzNews.az