Bu gün axşam saatlarında 83 saylı marşrut avtobusunda qaraçılarla digər sərnişinlər arasında insident baş verib Bu gün axşam saatlarında 83 saylı marşrut avtobusunda qaraçılarla digər sərnişinlər arasında insident baş verib

Qaraçı qızlar abtobusda sərnişini döydü - Bakıda

Bu gün axşam saatlarında 83 saylı marşrut avtobusunda qaraçılarla digər sərnişinlər arasında insident baş verib




AzNews.az-ın avtobusdakı sərnişinlər arasında olan əməkdaşının bildirdiyinə görə, bir qrup gənc qaraçı qız Tibb Universitetinin qarşısından "Şamaxinka" adlanan əraziyə qədər avtobusdakı sərnişinləri narahat edib. Nalayiq söyüşlərlə danışan qaraçı qızlara sərnişinlərin ertirazı heç bir nəticə verməyib. Qaraçılar onlara irad bildirən sərnişinləri təhqir ediblər.
3-cü mikrorayon dairəsindəki dayanacaqda avtobusdan düşməyə çalışan iki gənc oğlanla mübahisə isə əlbəyaxa dava ilə nəticələnib. Qızlar oğlanlardan birinin üstünə hücum edərək onu vurmağa başlayıblar. Digər sərnişinlərin müdaxiləsi ilə gənc oğlanlar avtobusdan düşə bilib.
Ancaq bundan sonra sərnişinlərin kəskin etirazı nəticəsində avtobusun sürücüsü qaraçılara irad tutaraq onları avtobusdan düşürəcəyini bildirib. Bundan sonra qaraçılar yola nisbətən sakit davam ediblər.
Qeyd edək ki, bu, qaraçı gənclərin ictimai nəqliyyatda ilk insidenti deyil. Bir müddət əvəvl bir qrup qaraçı gənci sürücü və sərnişinlərlə mübahisə nəticəsində abtobuslardan birinin pəncərələrini sındırmışdı.

Elnarə Əlosmanqızı
AzNews.az