Siyahıda 4 azərbaycanlı da var Siyahıda 4 azərbaycanlı da var

Milyarder övladlarının sərvətləri – TOP-10 - Video

Siyahıda 4 azərbaycanlı da var

Rusiya milyarderlərinin varislərinin top-10 siyahısı hazırlanıb. AzNews.az Rusiya mətbuatına istinadən siyahını təqdim edir:

10-cu yerdə Anna Anisimova- milyarder Vasili Anisimovun 27 yaşlı qızı. Metallurq kralı olan atasının sərvəti 3 milyard dollardır. Anna Amerika vətəndaşıdır və nadir hallarda bu ölkəni tərk edir. Qərbdə səs-küylü gecə əyləncələrinə olan marağına görə onu "rusların Paris Hiltonu" adlandırırlar. Deyilənə görə o, özünün rus mənşəyi haqqında danışmağı sevmir və Amerika elitası ilə əlaqə saxlamağı xoşlayır.

9-cu yerdə azərbaycanlı iş adamı Telman İsmayılovun oğulları Sərxan və Ələkbər İsmayılovlar dayanır. Onlar İsveçrədə təhsil alıb, ancaq baş verən səs-küylü qəza hadisəsindən sonra Avropanı tərk etməli olublar. Qəza nəticəsində 70 yaşlı Almaniya vətəndaşının həlak olması buna səbəb olub. Bundan sonra onlar atalarının yanına Türkiyəyə gediblər. Bəzi məlumatlara görə, Sərxan İsmayılov "Terek" futbol klubunun rəhbərliyində təmsil olunur.

8-ci yerdə Dmitri Rıbolovlevin qızı Yekatrina dayanır. Onun atası hazırda Rusiya milyarderləri siyahısında 13-cü yerdədir. 23 yaşlı qızı Amerikada oxuyur və bu yaxında ona 88 milyon dollarlıq mənzil alıb. Mənzilin təkcə qarnituru 30 min dollara alınıb, unitazlar isə 3 min dollar dəyərindədir.

7-ci yeri də azərbaycanlı gənc tutur. Bu, Vaqif Ələkbərovun 23 yaşlı oğlu Yusif Ələkbərovdur. O neft və qaz sənayesi ixtisası üzrə ali təhsilini 2011-ci ildə başa vurub. Ancaq məzuniyyət törənindən dərhal sonra atası tərəfindən Sibirə göndərilib. Hazırda oğul Ələbərov oradakı neft yataqlarının istismarı sahəsində çalışır. Moskvanı tərk edərkən gənc Ələkbərov öz sevimli "oyuncağını" - BMW-X6-nı satmalı olub. Vaqif Ələkbərovun sözlərinə görə, Yusif gələcəkdə "Lukoyl"un sahibi olmaq istəyirsə, ən adi işlərdən başlamalıdır.

6-cı yerdə 33 yaşlı daha bir azərbaycanlı Emin Ağalarov dayanır. Araz Ağalarovun oğlu atasının şirkətində vitse-prezident vəzifəsini tutur. Musiqi ilə məşğul olan Emin artıq 6 albom buraxıb və hətta Cenifer Lopeslə eyni səhnəni bölüşməyə fürsət tapıb. Azərbaycan prezidentini qızı Leyla Əliyeva ilə evlidir.

5-ci yerdə 25 yaşlı İvan Potanın dayanır. O da atası kimi Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Ancaq İvanın atası bildirib ki, sərvətinin ancaq bir hissəsini oğluna verəcək. Qalan hissə isə xeyriyyəçilik məqsədilə sərf olunacaq.

4-cü yerdə Tatyana və Feliks Yevtuşenkolar tutur. Hazırda Feliks atasına məxsus şirkətdə çalışır. Tatyana isə Qerman Qrefin müşaviridir. Yevtuşenko ailəsini təhsilin əsl hamisi hesab etmək olar. Uşaqları isə ataları təhsil almaq üçün bir çoxlarından fərqli olaraq xaricə göndərməyib.

3-cü yerdə 28 yaşlı Mixail Mirilaşvilinin oğlu Vyaçeslav tutur. O, 2006-cı ildə Amerikada ali təhsil alıb. Öz məktəb dostu ilə bərabər həmin il sosial şəbəkə olan "V kontakte"ni yaradıb. Hazırda sosial şəbəkənin səhmlərinin 40 faizi ona məxsusdur. Gürcüstan yəhudisi olan Vyaşeslav İsraildə bir çox sərmayə qoyuluşu həyata keçirib.

2-ci yerdə 20 yaşlı Kira Plastinina tutur. O, "Vimm-Bill-Dann" şirkətinin səhmdarı Sergey Plastininin qızıdır. Gənc qız artıq model biznesində möhkəmlənib. Əvvəlcə atası qızının adını verdiyi brendə 35 milyon dollar vəsait qoyub. Artıq bütün dünyada bu brendə aid 100-dən artıq mağaza var. Açılış mərasimlərindən birində Paris Hiltonun iştirakı isə ailəyə 2 milyon dollara başa gəlib.

1-ci yerdə təxmin edildiyi kimi Roman Abramoviçin oğlu 19 yaşlı Arkadi Abramoviç dayanır. Artıq bu gəncin şəxsi vəsaiti 12 milyon dollardır. Bu isə o deməkdir ki, Roman Abramoviçin pul qazanmaq istedadı oğluna ötürülüb. Atası kimi futbolu sevən bu gənc atasını "Çelsi"ni almağa razı salıb.

Elnarə Əlosmanqızı
AzNews.az