Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsi üzrə təhsil alan tələbələrə ikili diplom veriləcək. Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsi üzrə təhsil alan tələbələrə ikili diplom veriləcək.

Tələbələrə ikili diplom

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsi üzrə təhsil alan tələbələrə ikili diplom veriləcək.



AzərTAc-ın xəbərinə görə, bu sözləri jurnalistlərə müsahibəsində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov söyləyib. O, bildirib ki, BDU ilə Türkiyənin müxtəlif ali təhsil müəssisələri arasında tələbə mübadiləsinə dair bir sıra müqavilələr imzalanıb: "Müxtəlif ixtisaslar üzrə Azərbaycanda və Türkiyədə diplomlarımız tanınmadığına görə biz belə qərara gəldik ki, tələbələrə BDU və Türkiyənin Ankara Universitetinin (AU) hüquq ixtisası üzrə ikili diplom verilsin. Artıq bu istiqamətdə tələbələr birinci kursa qəbul olunublar. Onlar həm AU-nun, həm də BDU-nun tələbələri hesab olunurlar. Gələcəkdə bu gənclər həm AU-nun, həm də BDU-nun hüquq ixtisası üzrə diplomlarını alacaqlar.

AzNews.az