Rüşvətə görə həbs edilən müdiri yenisi əvəzlədi Rüşvətə görə həbs edilən müdiri yenisi əvəzlədi

DİN-də yeni təyinat

Rüşvətə görə həbs edilən müdiri yenisi əvəzlədi



Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının qəbul otağının ötən ilin dekabrında işdən kənərlaşdırılan və daxili işlər orqanlarından xaric edilən müdiri, polis polkovnik-leytenantı Həbib Məmmədovun yerinə yeni müdir təyin edilib.

AzNews.az-a daxil olan məlumata görə, bu vəzifəyə hospitalın həkimi Əhmədova Rəna Əbdül qızı təyin olunub. Qeyd edək ki, R.Əhmədova DİN-in beynəlxalq əməkdaşlıq idarəsinin keçmiş rəisi, hazırda təqaüddə olan Əbdül Əhmədovun qızıdır.

Xatırladaq ki, qəbul otağının əvvəlki müdiri Həbib Adaş oğlu Məmmədovun həbs edilməsinə səbəb hospitala müraciət edən Sabunçu rayon 12-ci polis bölməsinin sahə müfəttişi, polis kapitanı Ümid Umudovdan 120 manat rüşvət alması olmuşdu.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları ötən il dekabrın 4-də günorta saatlarında həmin vaxt qəbul şöbəsində olanların gözü önündə H.Məmmədovun qollarını qandallayaraq aparmışdılar.

Azər
AzNews.az