ADNA hicaba icazə verdi

Prorektor: “Ümumi narazılığı nəzərə alaraq onları dərsə buraxmağa icazə verdik”



Azərbaycan Dövlət Neft Akademiyasında hicablı və saqqallı tələbələrin dərsə buraxılmasına icazə verilib. Bu barədə APA-ya açıqlamasında ADNA-nın Təlim-tərbiyə işləri üzrə prorektoru qasım Məmmədov məlumat verib.

O bildirib ki, universitetin daxili nizam-intizam qaydalarına görə hicablı və saqqallı tələbələrin dərsə buraxılmasına icazə olmasa da, ümumi narazılığı nəzərə alaraq onların dərsə buraxılmasına icazə verilib: "Sadəcə onları təbliğat yolu ilə başa salmağa çalışırıq ki, tələbə bir-birindən seçilməməli və auditoriyada eyni fikirdə olmalıdır. Biz onların dini etiqadına toxunmuruq. Harada namaz qılmaları və ya ibadət etmələrinin məsələyə aidiyyəti yoxdur. Sadəcə ola bilər ki, gələcəkdə ali məktəblərin vahid geyim forması olsun. Onlar bu barədə indidən düşünməlidirlər. Vaxtilə Azərbaycan Dövlət Neft Akademiyası yarananda özünün vahid forması olub. İnsanların sosial rifah halı yaxşılaşdıqca orta məktəblərdə olduğu kimi ali məktəbdə də ümumi geyim forması tətbiq ediləcək".

AzNews.az