Ümumdünya Söz Azadlığı günü ilə bağlı konfrans - FOTO

Bakıda Ümumdünya Söz Azadlığı günü münasibətilə İnternational Media Support (Beynəlxalq Mediaya Dəstək), İREX-in Azərbaycandakı nümayəndəliyi, Media Hüququ İnstitutu və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən təşkil edilən "Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması" adlı konfrans keçirilir.

Toplantıda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay çıxış ediblər.

Riçarc Morninqstar çıxışında bildirib ki, fundamental sabitlik ifadə azadlığından keçir.

Roland Kobia isə deyib ki, tənqid olunmaq heç kimin xoşuna gəlmir. Amma fundamental axadlıqların boğulması yolverilməzdir: "Azadlıqlar bərqərar edilməlidir. Belə cəmiyyətlər daha çox inkişaf edirlər. Cəmiyyətin nümayəndələrinin səsi eşidilməlidir". Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, buna görə jurnalistlər cinayət məsuliyyətinə cəlb edilməməlidirlər. Diplomat inamını ifadə edib ki, Azərbaycan prezidenti diffamasiya haqqında qanunun nəhayət qəbul edilməsinə dəstək verəcək. Roland Kobia mərhum jurnalistlər Elmar Hüseynov və Rafiq Tağını da xatırlayıb: "Biz ifadə azadlığına görə öldürülmüş iki jurnalisti də unutmamalıyıq".

Tədbirin moderatoru Tapdıq Fərhadoğlu "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin vəziyyətinə toxunub, onların üzləşdiyi məhkəmə çəkişmələri barədə məlumat verib.

Konfransın sonunda ifadə azadlığı ilə bağlı birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.//musavat.com//


AzNews.az
image description image description