“ONA KÖMƏK EDİRDİM, AMMA BUNUN QARŞLIĞINDA ŞƏRT QOYMUŞDUM Kİ…” “ONA KÖMƏK EDİRDİM, AMMA BUNUN QARŞLIĞINDA ŞƏRT QOYMUŞDUM Kİ…”

Keçmiş döyüşçü: “Aygün Kazımova küçədə qalmışdı...”

“ONA KÖMƏK EDİRDİM, AMMA BUNUN QARŞLIĞINDA ŞƏRT QOYMUŞDUM Kİ…”



"Mən Aygün Kazımova ilə tanış olanda o, həyat yoldaşından yeni ayrılmışdı. Əri onu atmışdı bayıra, demək olar ki, küçədə qalmışdı. Mən də istedadlı bir gənc müğənniyə köməyimi təklif eləmişdim. O vaxt kifayət qədər maddi imkanım vardı. Ancaq kömək qarşlığında da şərt qoymuşdum ki, bizə - "Bozqurd"lara qoşulsun. Aygün də sağ olsun, təklifimi rədd etmədi, bizə qoşuldu, uzun müddət mənim batalyonda rəsmi şəkildə şəfqət bacısı kimi çalışdı".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında keçmiş döyüşçü, ötən gün xalq artisti Aygün Kazımova ilə videosu yayılan Nurəddin Xoca deyib. O bildirib ki, Aygün Kazımova onunla bərabər uzun müddət cəbhə bölgəsində, ön xəttə şəfqət bacısı kimi xidmət edib:

"Müharibə illərində Bakıda kafelərdən yığdığımız cavan oğlanlar Yevlaxa çatana qədər yoxa çıxıb, itirdilər, ancaq Aygün bizlə bərabər ön cəbhəyə qədər gedirdi. Xidmətində isə AKSU tipli avtomat vardı. Mən həbs edildikdən sonra isə Aygün xanım da bizim batalyondan ayrılıb, sənətlə məşğul olmağa başladı". N.Xocanın sözlərinə görə, A.Kazımova Ağdərə, Zəngilan, Qubadlı rayonlarında ən təhlükəli əməliyyatlarda onlarla birlikdə iştirak edib.

N.Xoca onu da qeyd edib ki, ona məxsus olan bu video və foto materialları 1993-95-ci illərdə həbsi zamanı Milli Təhlükəsizlik Nazirliyi istintaq materialı kimi müsadirə edib: "Ancaq bu videonun mətbuata necə çıxdığını bilmirəm".

Anar
AzNews.az