Mikayıl Cabbarov təhsil layihələrindən danışdı

Təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

Ştefan Füle Azərbaycanla təhsil sahəsində əməkdaşlıq sferasında Avropa İttifaqı tərəfindən yeni vasitələrin tətbiqinin nəzərdə tutulduğunu, Azərbaycanda dayanıqlı təhsil islahatına ehtiyac olmasını nəzərə alaraq bu istiqamətdə artıq Avropa təhsil sisteminə keçmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinin əhəmiyyətli olacağını və bunun üçün dəstək göstərməyə hazır olduqlarını bildirib.

Təhsil naziri Mikayıl Cabbarov öz növbəsində Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini nəzərə çatdırmış və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirib.

M.Cabbarov eyni zamanda Avropa İttifaqının Azərbaycana təhsil sferasında dəstəyinin yüksək qiymətləndirildiyini, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası ilə müəyyən edilmiş təhsil sahəsində olan məqsədlərə nail olmaq üçün Avropa İttifaqı tərəfindən təqdim edilə bilən alətlərin istifadəsinin faydalı olacağını bildirib.

Elnarə
AzNews.az