"Nigar Köçərli başqa planetdən gələn missionerdir"

"Əsəd Cahangir MKM barəsində dediklərində böyük ədalətsizliyə yol verib. Ola bilər ki, müsabiqə kimisə qane etsin, kimisə etməsin.

Mən özüm keçən il münsiflərdən istefa verdim. Nəticələrə görə istefa vermişdim. Amma bu o demək deyil ki , mən MKM-in kitabın təbliğində gördüyü işin əhəmiyyətini danıram. Məncə, Nigar Köçərli həqiqətən də missionerdir. O, fərqli adamdır, başqa planetdən gələn missionerdir. Kitabın təbliği sahəsində Nigar Köçərlinin və MKM-in gördüyü işləri danmaq böyük bir ədalətsizlikdir".

Bunu "525-ci qəzet"in baş redaktoru, AYB-in katibi Rəşad Məcid deyib. Onun fikrincə, Əsəd Cahangirin bir xanım haqqında o cür leksikonla danışması qəbahətlidir. "Bu məsələlərdə bir az korrekt olmaq lazımdır. Mən münsiflər heyətinin üzvi kimi "onluğ"u oxuyuram və o onluğun içərisində maraqlı əsərlər var . Əsərləri yekunlaşdırıb öz qəti fikrimi deyəcəyəm".

Xatırladaq ki, Modern.az-a müsahibəsində tənqidçi Əsəd Cahangir MKM-in təsisçisi Nigar Köçərlini missioner, müsabiqənin özünü isə "desant ədəbiyyatı" adlandırmışdı.

Aznews.az