Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov danışdı Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov danışdı

“Nə Nurəddin Xoca, nə də Aygün Qubadlıda döyüşüb”

Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov danışdı



Xalq artisti Aygün Kazımovanın Amerika səfərində verdiyi açıqlama ilə bağlı yaranan qalmaqal hələ də davm edir. Bir necə gün öncə keçmiş döyüşçü Nurəddin Xoca baş verənlərlə bağlı AzNews.az-a açıqlamasında A.Kazımovanın cəbhədə bölgəsində şəfqət bacıdı kimi işlədiyini və xidmətində AKSU tipli avtomatın olduğunu vurğulamışdı.

Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov AzNews.az-a açıqlamasında bildirdi ki, N.Xocanın adını çəkdiyi slah döyüş şəratində istifadə olunmur: "Nurəddin deyir ki, Aygün Kazımovanın silahının markası AKSU idi. Nurəddin silahın adını düzgün yazmır. Onun adı AKS-U dur. Nurəddin döyüşçü olsaydı, bilərdi ki, o silah açıq döyüş şəraitində istifadə olunmur. AKS-U qapalı şəraitdə binalarda döyüş aparmaq üçündür. Qaldi ki, "Bozqurd"a yəni, Nurəddin Xocaya o, Qubadlı uğrunda gedən döyüş əməliyyatlarının heç birində iştirak etməyib".

Bahar Rüstəmli
AzNews.az