Milli Məclisin iclası başladı

Milli Məclisin növbəti iclası başlayıb. İclas mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub.

İclasda yubiley münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni Amnistiya aktının qəbul olunması ilə bağlı Parlamentə müraciət edib.

Amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

AzNews.az