İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində olub

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Dövlət başçısına və xanımına məlumat verilib ki, üç mərtəbədən ibarət Muzeydə mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə Heydər Əliyevin şəxsi əşyaları, müxtəlif illərdəki təltifləri, görkəmli dövlət xadiminə verilən hədiyyələr nümayiş etdirilən eksponatlar arasındadır.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalı və Mərkəzdə görülmüş bəzi işlərlə tanış olublar.//AzerTAc//

AzNews.az